Xəbər lenti

Mədəniyyət naziri Almaniya səfiri ilə görüşüb

Tarix: 05-06-2024 17:06     Baxış: 637


Mədəniyyət naziri Adil Kərimli iyunun 5-də Almaniyanın ölkəmizdəki səfiri Ralf Horleman ilə görüşüb.

Mubarizciler.az-ın əldə etdiyi məlumata görə, səfiri salamlayan nazir Azərbaycan ilə Almaniya arasında mövcud olan əlaqələrdən danışıb.

Qeyd olunub ki, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Almaniya səfiri Ralf Horleman qəbula görə təşəkkürünü bildirib. Azərbaycanda alman irsinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Diplomat Azərbaycan alman irsi ilə bağlı mədəni turizm layihəsi ilə bağlı təklif səsləndirib.

Söhbət zamanı hər iki ölkənin mədəniyyət müəssisələri, o cümlədən kitabxana, muzey, sərgi salonları və teatr-konsert müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə həmçinin bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində nəzərdə tutulan iqlim dəyişiklikləri və mədəniyyət mövzusu üzrə müzakirələrdə Almaniyanın müvafiq institutlarının təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar