Xəbər lenti

Təxribat törədən 4 erməni hərbçi zərərsizləşdirildi - YENİLƏNİB 0

Tarix: 11-05-2023 10:35     Baxış: 1 512

Ermənistan Müdafiə Nazirliyi təxribata cəhd edərkən yaralanan erməni hərbçilərin sayının artdığını bildirib.

Mubarizciler.az xəbər verir ki, Nazirlik yaralı hərbçilərin sayının 4-ə çatdığını açıqlayıb.

***

08:15

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Məlumata görə, Ermənistan ordusu Azərbaycan mövqelərini minaatanlardan atəşə tutur. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Mubarizciler.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi təxribata cəhd edərkən yaralanan erməni hərbçilərin sayını açıqlayıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistanın üç hərbi qulluqçusu yaralanıb. Ermənistan mətbuatıbda yaralıların sayının daha çox olduğu bildirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar