Goranboyda "12 avqust beynəlxalq gənclər günü" ilə bağlı "Gənclər bizim gələcəyimizdir" mövzusunda tədbir keçirildi Fotolar

Goranboy rayonunun 2026-cı il Gənclər Paytaxtı seçilməsi münasibətilə "12 avqust beynəlxalq gənclər günü" ilə bağlı "Gənclər bizim gələcəyimizdir" mövzusunda tədbir keçirildi.
Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy rayon Gənclər Evinin iştirakı ilə "12 avqust beynəlxalq gənclər günü" ilə bağlı "Gənclər bizim gələcəyimizdir" mövzusunda keçirilən tədbirdə gənclərin cəmiyyətin ictimai-siyasi, sosial və mədəni həyatında mühüm rolundan, onların fəallığının və təşəbbüskarlığının dəstəklənməsinin əhəmiyyətindən danışıldı.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi böyük diqqət və qayğı, dövlət gənclər siyasətinin formalaşdırılması və inkişafında göstərdiyi tarixi xidmətlər xüsusi vurğulandı.



Xəbəri paylaş







































0772703001 