Şəmkirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib Fotolar

Görüş Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 may tarixli 665 nömrəli Fərmanına əsasən “Azərbaycan Respublikasında bərk məişət tullantılarnının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027-2030-cu illər üçün Milli Strategiya” layihəsinin hazırlanmasına həsr olunub.
Mubarizciler.az xəbər verir ki, Qonaqları salamlayan Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallı məişət tullantılarının idarə edilməsi sahəsində Şəmkir rayonundakı mövcud vəziyyət, bu istiqamətdə icra edilmiş layihələr və gələcək planlar barədə geniş məlumat verib.
Beynəlxalq ekspert Bernhard Schenk Asiya İnkişafın Bankının Milli Strategiyanın hazırlanmasına dəstək verdiyini qeyd edərək, bu məqsədlə respublikanın müxtəlif bölgələrinə səfərlərin təşkil olunduğunu, məişət tullantılarının idarə edilməsi sahəsində mövcud vəziyyətin qiymətləndirildiyini diqqətə çatdırdı.
Daha sonra nümaydə heyətinin üzvləri Şəmkir Kommunal Müəssisələr Kombinatında tullantı konteynerlərinin istehsalat sahəsinə, tullantıların idarə olunması poliqonuna, həmçinin rayon ərazisində yaradılması nəzərdə tutulan regional sanitar poliqon ərazisinə baxış keçiriblər.



Xəbəri paylaş







































0772703001 