Xəbər lenti

Deputat Tərtərdə vətəndaşların müraciətlərini dinləyib Fotolar

Tarix: 11-08-2026 16:57     Baxış: 1 022

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Bəyimsarov kəndində yerli sakinlərlə görüşərək onların müraciət və təkliflərini dinləyib.

Mubarizciler.az xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, eləcə də rayonda fəaliyyət göstərən müxtəlif idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan müraciətlər əsasən kənddaxili yolların təmiri və bərpası, elektrik təsərrüfatının və işıqlandırma sisteminin yenilənməsi, torpaq sahələri ilə bağlı mövcud məsələlər, su təchizatı və suvarma problemləri,  həmçinin digər sosial-məişət məsələləri olub. 

Görüşdə qaldırılan ümumi xarakterli problemlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib, araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülüb.

Sonda sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirib, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.







Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar