Xəbər lenti

Müstəqim Məmmədov Birinci Qarabağ müharibəsi əlili Tofiq Quluyevi ziyarət edib Fotolar

Tarix: 10-08-2026 16:53     Baxış: 2 681

 Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Ruslan Əhmədov və  rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə Qaynaq kəndində Birinci Qarabağ müharibəsinin üçüncü dərəcəli əlili Quliyev Tofiq Musa oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

Mubarizciler.az xəbər verir ki, Birinci Qarabağ müharibəsinin əlili Quliyev Tofiq Musa oğlu 1965-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanmışdır. Ona dövlət tərəfindən III dərəcə əlillik təyin edilmiş, mənzil və avtomobillə təmin olunmuşdur.

Qarabağ müharibəsi əlili şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar