Goranboy rayon İcra Hakimiyyətində aparat iclası keçirildi Foto

Goranboy rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Seymur Nazarovun rəhbərliyi ilə Aparat iclası keçirilib.
Mubarizciler.az xəbər verir ki, keçirilən İclasda mövcud qanunvericiliyin tələblərinə uyğun vətəndaş müraciətlərinə baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, Səyyar qəbullarda edilən müraciətlərin təhlili və yerində araşdırılması, DNİS üzrə tapşırıqların icra vəziyyəti, əsas turizm marşurutları üzrə yolkənarı ərazilərdə abadlıq və yaşıllaşdırma işləri, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası, "Şəhərsalma və Memarlıq İli" və "Goranboy 2026-Gənclər Paytaxtı" ilə bağlı tədbirlərin davam etdirilməsi, rayonun əkin sahələrinin suvarılması, mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə Xüsusi Qərərgahın və rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə yaradılmış mobil qrupların fəaliyyəti, eləcə də bu istiqamətlərdə verilmiş tapşırıqların icra vəziyyəti barədə Aparat iclası keçirildi.

Xəbəri paylaş







































0772703001 