Eyvaz Hüseynovun 320 ailəlik qəsəbədə məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir Fotolar

7 avqust 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun 320 ailəlik qəsəbədə məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.
Mubarizciler.az xəbər verir ki, Qəbulda rayon sakinləri və İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qəbulda çıxış edərək bildirib ki, son bir ay ərzində ölkəmizin daxili inkişafı, xarici siyasi əlaqələrinin gücləndirilməsi, regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq platformalarının genişləndirilməsi baxımından mühüm addımlar atılmış, dövlət başçısı tərəfindən yüksək səviyyəli rəsmi görüşlər keçirilmişdir. Dövlət başçısının son günlərdəki sıx iş qrafiki Azərbaycanın həm xarici siyasətdə strateji rolunu, həm də azad olunmuş torpaqlarımızdakı sürətli bərpa prosesini aydın göstərir. Son 10 gün ərzində cənab Prezident Qırğızıstana rəsmi səfər etmiş, Mərkəzi Asiya dövlət başçıları ilə mühüm görüşlər keçirmişdir. Bu görüşlər çərçivəsində imzalanan strateji sənədlər və Türk dünyası inteqrasiyasına töhfə verən addımlar Azərbaycanın regionda və dünyada mövqeyini daha da möhkəmləndirmişdir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpası və Böyük Qayıdış proqramının icrası cənab Prezidentin hər zaman diqqət mərkəzindədir. Dövlət başçısının Xocavənd rayonuna son səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində cənab Prezident Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində aparılan genişmiqyaslı bərpa, təmir və infrastruktur işləri ilə yaxından tanış olmuş, öz dədə-baba yurdlarına qayıdan sakinlərlə samimi görüş keçirmişdir. Ümumilikdə ötən ilin oktyabrından bu günədək Xocavənd rayonunun 8 yaşayış məntəqəsinə 3870 nəfər - 945 ailə qayıdıb. Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.



Xəbəri paylaş







































0772703001 