Xəbər lenti
25-07-2026, 19:27
 

Tərtərdə yeni tibb mərkəzinin açılışı olub Fotolar

Tarix: 07-08-2026 18:51     Baxış: 917

Tərtərdə peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş “Tərtər Sağlamlıq Mərkəzi”nin açılışı olub.

Mubarizciler.az xəbər verir ki Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər, sağlamlıq mərkəzinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Klinikanın təsisçisi Yamən Cəfərov çıxış edərək qonaqları salamlayıb, sahibkarlara yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlığını bildirib. Qeyd edib ki, kollektivin ən böyük məqsədi sağlam gələcəyə gözəl və yüksək səviyyədə xidmət göstərməkdir. Klinikada vətəndaşlar üçün laboratoriya, ginekoloq, USM (ultrasəs müayinəsi), terapevt, stomatoloq, psixoterapevt və loqoped xidmətləri fəaliyyət göstərir. O, həmçinin şəhid ailələrinin klinikada növbədən kənar müayinə və müalicə oluna biləcəyini də vurğulayıb. Rayon rəhbəri Müstəqim Məmmədov klinikanın açılışını əlamətdar hadisə kimi qiymətləndirərək, burada çalışan həkimlərin və tibbi heyətin vətəndaşlarımız üçün yüksək səviyyədə tibbi xidmət göstərəcəklərinə inandığını qeyd edib. RİH başçısı həmçinin qeyd edib ki, əvvəllər bəzi müayinə və müalicələr üçün qonşu rayonlara üz tutan rayon sakinləri bundan sonra yeni klinikanın xidmətlərindən istifadə edə biləcəklər. Peşəkar həkimlərin fəaliyyət göstərdiyi bu müəssisə deməyə əsas verir ki,  qonşu rayonlardan da tibbi müayinələr üçün bura müraciət edənlər olacaq. Çıxış edənlər YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid Qəhrəmanlı Yaqubun valideyinləri Abdulla Qəhrəmanov, Mətanət Qəhrəmanova və Birinci Qrabağ müharibəsinin əlilləri Tərlan Zeynalov, Eldəniz İbadov yeni tibb mərkəzinin istifadəyə verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları klinikanın imkanları ilə yaxından tanış olublar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar