Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboyda fermerlərlə Dövlət Proqramının icrasına həsr olunmuş maarifləndirici görüş keçirildi Fotolar

Tarix: 07-08-2026 14:38     Baxış: 1 652

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrin təmin edilməsi məqsədilə Goranboy rayonunun Boluslu kəndində fermerlərlə maarifləndirici görüş keçirildi.

Mubarizciler.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, kənd təsərrüfatı mütəxəssislərinin və fermerlərin iştirak etdiyi görüşdə Dövlət Proqramında nəzərdə tutulan prioritet istiqamətlər, aqrar sahədə dövlət dəstəyi mexanizmləri, müasir əkinçilik və heyvandarlıq üsullarının tətbiqi, məhsuldarlığın artırılması, su ehtiyatlarından səmərəli istifadə, habelə Dövlət Proqramının icrası çərçivəsində kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər barədə iştirakçılara ətraflı məlumat verildi.

Tədbirdə fermerləri maraqlandıran məsələlər dinlənildi, onları düşündürən suallar cavablandırıldı və Dövlət Proqramının icrasından irəli gələn imkanlardan səmərəli istifadə olunması ilə bağlı müvafiq tövsiyələr verildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar