Rəşad Tağıyev rayonda fəaliyyət göstərən arıçılıq təsərrüfatlarına baxış leçirdib Fotolar

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti aqrar sahənin bütün istiqamətləri kimi arıçılığın da davamlı inkişafına geniş imkanlar yaradır. Aqrar sahənin aparıcı istiqamətlərindən biri olan arıçılığın inkişafı məqsədilə Şəmkir rayonunda fəaliyyət göstərən təsərrüfatlarda müasir yanaşmalar tətbiq olunur, istehsal imkanları genişləndirilir və məhsulun keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl iş aparılır.
Mubarizciler.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonda fəaliyyət göstərən arıçılıq təsərrüfatlarına baş çəkərək mövcud vəziyyət, istehsal prosesi və mövsüm ərzində görülən işlərlə tanış olub.
Arıçılarla keçirilən görüş zamanı təsərrüfat sahiblərinin fikir və təkliflərini dinləyən rayon rəhbəri kənd təsərrüfatının inkişafına dair 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında müəyyən edilmiş hədəflərin icrasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, arıçılıqda müasir texnologiyaların tətbiqi, damazlıq işinin təkmilləşdirilməsi, yüksək məhsuldar arı ailələrinin formalaşdırılması, keyfiyyətli bal və digər arıçılıq məhsullarının istehsalının artırılması, eyni zamanda dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə olunması sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rəşad Tağıyev qeyd edib ki, kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, arıçılıqda da innovativ yanaşmaların tətbiqi, qabaqcıl təcrübənin öyrənilməsi və dövlət tərəfindən yaradılan imkanlardan səmərəli istifadə olunması gələcək inkişafın əsas təminatıdır. Bu istiqamətdə aidiyyəti qurumlarla arıçılar arasında əməkdaşlığın daha da genişləndirilməsi, maarifləndirmə tədbirlərinin davam etdirilməsi və istehsalçıların bilik və bacarıqlarının artırılması xüsusi önəm daşıyır. Bu sahədə həyata keçirilən kompleks tədbirlər və Şəmkirdə bu istiqamətdə görülən işlər dövlətin aqrar siyasətinin yerlərdə uğurla icra olunduğunu və arıçılığın rayon iqtisadiyyatında mühüm yer tutan perspektivli sahələrdən biri kimi inkişaf etdiyini bir daha nümayiş etdirir.



Xəbəri paylaş







































0772703001 