Xəbər lenti
25-07-2026, 19:27
 

Deputat və İcra başçısı şəhid ailəsini ziyarət etdilər Fotolar

Tarix: 04-08-2026 19:29     Baxış: 637

Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Anar Məmmədovla birlikdə şəhid,  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Məmmədli Turalın ailəsini ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Anar Məmmədov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla  birlikdə Bəyimsarov kəndində Vətən müharibəsi şəhidi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Məmmədəli Tural Aqil oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

Qeyd edək ki, Məmmədəli Tural Aqil oğlu 1998-ci il martın 22-də Tərtər rayonnunun Bəyimsarov kəndində doğulub, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu kimi  Vətən müharibəsində iştirak edib, oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun nəşi neytral zonada olduğu üçün çətinliklə tapılıb və noyabr ayının 4-də doğulduğu Bəyimsarov kəndində dəfn olunub.Şəhid Məmmədli Tural Aqil oğlu ölümündən sonra Aəzrbaycan Respublikasl Prezidentinin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda”  medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar