Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 

Goranboyda “Heydər Əliyevin müasir Azərbaycan memarlığına töhfələri” mövzusunda tədbir keçirildi Fotolar

Tarix: 31-07-2026 13:20     Baxış: 973

Goranboyda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Heydər Əliyevin müasir Azərbaycan memarlığına töhfələri” mövzusunda tədbir keçirildi

Mubarizciler.az xəbər verir ki, tədbirdən əvvəl Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə-Daşkəsən Regional İdarəsinin rəisi, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etdilər.

Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Daha sonra “Heydər Əliyevin müasir Azərbaycan memarlığına töhfələri” adlı videoçarx nümayiş olundu.

Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Zaur Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq ili” elan edilməsi bu sahənin inkişafına göstərilən yüksək dövlət qayğısının növbəti təzahürü olduğunu bildirərək müasir Azərbaycan memarlığının formalaşması və şəhərsalma siyasətinin əsasının qoyulması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun rəhbərliyi dövründə ölkəmizdə milli memarlıq ənənələrinin qorunması, şəhərlərin müasir tələblərə uyğun inkişafı, tarixi-mədəni irsin mühafizəsi istiqamətində mühüm addımlar atıldığını qeyd etdi. Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə-Daşkəsən Regional İdarəsinin rəisi Xəlil İbrahimov və tarix üzrə fəlsəfə doktoru “Goranboy abidələri” kitabının müəllifi Gündüz Hacıyev çıxışlarında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın memarlıq irsinin qorunması, tarixi abidələrin bərpası, şəhərsalma ənənələrinin inkişafı və milli-mədəni dəyərlərin gələcək nəsillərə çatdırılması istiqamətində misilsiz xidmətlərindən bəhs edərək bildirdilər ki, dahi rəhbərin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir və ölkəmizdə memarlıq sahəsində əldə olunan nailiyyətlərin əsasını təşkil edir.

Sonda xatirə şəkili çəkdirildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar