Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 

Goranboyda “Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilib

Tarix: 30-07-2026 21:27     Baxış: 707

Goranboyda “Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.6-cı bəndinin icrasının təmin edilməsi məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə “Əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilmiş, mülkiyyət hüququnun Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş əsas insan və vətəndaş hüquqlarından biri olduğu diqqətə çatdırılmış, dövlət tərəfindən bu hüququn tanınması, qorunması və müdafiəsi ilə bağlı hüquqi təminat vasitələri ətraflı izah edilmişdir. Konstitusiyanın müvafiq maddələrinə əsasən mülkiyyət hüququnun toxunulmaz olduğu, yalnız qanunla, ictimai ehtiyaclar naminə və ədalətli kompensasiya ödənilməklə məhdudlaşdırılmasının mümkün olduğu bildirilmişdir. Həmçinin, mülkiyyət hüququ ilə bağlı münasibətlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, habelə digər normativ-hüquqi aktların tətbiqi, bu sahədə hüquqi münasibətlərin yaranması, dəyişdirilməsi və xitamı məsələləri barədə məlumat verilmişdir.

 Mülkiyyət hüququnun mahiyyəti, anlayışı və əhəmiyyəti, o cümlədən mülkiyyətçinin əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək səlahiyyətləri hüquqi baxımdan izah olunmuşdur. Tədbir zamanı mülkiyyət hüquqlarının pozulması hallarında tətbiq edilən müdafiə üsulları, o cümlədən məhkəmə qaydasında və məhkəmədənkənar müdafiə mexanizmləri, vindikasiya (qanunsuz sahiblik edən şəxsdən naturada geri tələb etməsi) və neqator (mülkiyyətçinin öz əmlakı üzərində sahiblik hüququ pozulmadan, lakin istifadə və ya sərəncam hüquqlarına yaradılan qanunsuz maneələrin aradan qaldırılması barədə) iddialar, mülkiyyət hüququnun tanınması, dəymiş ziyanın ödənilməsi və qanunsuz müdaxilələrin aradan qaldırılması yolları barədə ətraflı maarifləndirici müzakirələr aparılmışdır. Bununla yanaşı, mülkiyyət hüquqlarının müdafiəsində dövlətin təminat rolu, hüquq-mühafizə və məhkəmə orqanlarının səlahiyyətləri, eləcə də vətəndaşların hüquqi maarifləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

Eyni zamanda tədbirdə mülkiyyət hüquqlarının qorunması sahəsində dövlət orqanları arasında (rayon ərazisində fəaliyyət göstərən idarə, təşkilat və müəssisələr) koordinasiyanın gücləndirilməsi, vətəndaşların əmlakla bağlı müraciətlərinin operativ və obyektiv araşdırılması mexanizmlərinin təkmilləşdirilməsi, əmlak mübahisələrinin həllində alternativ üsulların (barışıq, mediasiya) tətbiqi, mülkiyyət hüququnun müdafiəsinə dair qanunvericilikdəki yeniliklər barədə vətəndaşlara mütəmadi məlumatların verilməsi, mülkiyyət hüquqları pozulduqda sürətli və effektiv müdafiə üsullarının tətbiqi və mülkiyyət hüquqlarına qanunsuz müdaxilələrin qarşısının alınmasına yönəlmiş hüquqi tədbirlərin gücləndirilməsi barədə müzakirələr aparılmışdır. 

Təbii fəlakətlər - zəlzələ, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma və qanunla müəyyən  edilmiş digər sığorta hadisələri nəticəsində vətəndaşların mülkiyyətinə  dəymiş ziyanın sonradan sığorta şikrkətləri tərəfindən ödənilməsini təmin etmək məqsədi ilə İnzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən vətəndaşlarla maarifləndirici söhbətlər aparılması tövsiyyə edilmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar