Xəbər lenti
Dünən, 14:05
 
14-08-2026, 12:31
 

Prezident qəbul keçirdi Fotolar

Tarix: 29-07-2026 17:30     Baxış: 1 673

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib.

Mubarizciler.az xəbər verir ki, söhbət zamanı dövlət başçısının Nenad Laloviçlə əvvəlki görüşü məmnunluqla xatırlanıb.

Azərbaycan Prezidenti ilə görüşdən şərəf hissi duyduğunu deyən qonaq 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb, buna və ümumilikdə Dünya Güləş Birliyinin fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Ölkəmizdə idmanın güləş növünün inkişafını vurğulayan Nenad Laloviç Azərbaycanda güləş üzrə müxtəlif beynəlxalq səviyyəli yarışların keçirildiyini xatırlayıb, Azərbaycan Güləş Federasiyası ilə uğurlu əməkdaşlıq etdiklərini deyib.

Prezident İlham Əliyev gənc idmançıların gələcəkdə uğur qazanması baxımından 17 yaşadək güləşçilər arasında Bakıda keçirilən dünya çempionatının əhəmiyyətinə toxunub və bundan sonra da ölkəmizdə bu cür idman tədbirlərinin təşkilinin önəmini qeyd edib.

Dövlət başçısı Azərbaycan güləşçilərinin indiyədək çox mühüm qələbələr qazandıqlarını vurğulayıb.

Görüşdə idmanın güləş növünün ölkəmizdə zəngin ənənələrə malik olduğu qeyd edilib, onun inkişafı üçün dövlət səviyyəsində görülən işlərə toxunulub.

Azərbaycanla Dünya Güləş Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

(Prezidentin Mətbuat Xidməti)






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar