Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Goranboy RİH-də Şuranın növbəti iclası keçirildi Fotolar

Tarix: 27-07-2026 18:44     Baxış: 504

Goranboy Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi

Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə Şura üzvlərinin, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin və ictimai fəalların iştirakı ilə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.

Əvvəlcə iclasın gündəliyi iştirakçıların diqqətinə çatdırıldı. Gündəliyə daxil edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Goranboy rayon İcra Hakimiyyətinin “İş Planı”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 06 iyul 2026-cı il tarıxli tövsiyə məktubuna əsasən Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında qərargahın yaradılması, 2026-cı ilin II rübü ərzində rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin icrasının təmin edilməsi vəziyyəti barədə və Goranboy rayonunun 2026-cı ildə “Gənclər Paytaxtı” élan olunması ilə bağlı rayonun fəal gəncləri ilə görüşlərin keçirilməsi və maarifləndirmə işlərinin aparılması vəziyyəti barədə məsələlər müzakirə edilərək müvafiq məruzələr dinlənildi və qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verildi.

İclasda həmçinin təhsil, səhiyyə, mədəniyyət və kənd təsərrüfatı sahələrində mövcud vəziyyət, rayon ərazisində dövlət mülkiyyətinə aid yay otlaq sahələrindən səmərəli və təyinatı üzrə istifadə olunması, şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların müraciət və problemlərinin operativ həlli, vətəndaş müraciətlərinin təhlili və icra intizamının yüksəldilməsi, erkən evlilik və qohum nikahlarının qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin genişləndirilməsi, qanunsuz tikintilərə qarşı mübarizənin gücləndirilməsi, eləcə də yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi məsələləri ətraflı müzakirə olundu.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar