Xəbər lenti
Dünən, 14:05
 
14-08-2026, 12:31
 

Energetika naziri Pərviz Şahbazov Goranboyda vətəndaşları qəbul etdi Fotolar

Tarix: 24-07-2026 18:10     Baxış: 1 953

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Energetika naziri Pərviz Şahbazov Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul etdi.

Mubarizciler.az xəbər verir ki, qəbuldan öncə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Energetika naziri Pərviz Şahbazov, Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla andılar.

Qəbulda vətəndaşların elektrik sayğaclarının quraşdırılması, elektrik şəbəkəsinə qoşulma, elektrik enerjisinin keyfiyyəti və fasilələrlə verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, transformatorun yerinin dəyişdirilməsi, kəndin elektrik təşərrüfatının yenilənməsi, elektrik verilişi xətlərinin mühafizə zonası və digər məsələlərə dair müraciətləri dinlənildi. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar