Xəbər lenti
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Ağstafada şəhid Əfrasiyab Qasımovun anadan olmasının 70-ci ildönümü qeyd olunub Fotolar

Tarix: 23-07-2026 22:48     Baxış: 651

Doğum günündə Vətən uğrunda həlak olan Birinci Qarabağ müharibəsi şəhidi Əfrasiyab Qasımovun anadan olmasının 70-ci ildönümü qeyd olunub.

Mubarizciler.az xəbər verir ki, 23 iyul 1956-cı ildə Ağstafa rayonunun Ermənistanla həmsərhəd Köhnəqışlaq kəndində dünyaya göz açan 1-ci Qarabağ müharibəsi şəhidi Qasımov Əfrasiyab Əli oğlunun anadan olmasının 70-ci ildönümüdür. Şəhidimizin anım günü ilə əlaqədar doğma evində keçirilən mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, məsul şəxslər iştirak ediblər. Anım mərasimində şəhidimizin ömür-gün yoldaşı Güllü ana, oğlanları, Rəşad və Elşən Qasımovlar qəhrəman atalarının keçdiyi şərəfli ömür və döyüş yollarından dəyərli xatirələrini bölüşüb, dövlətimizin şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə, müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Həmçinin ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən bütün Vətən övladlarının ruhlarına dualar oxunub. Qeyd olunub ki, 1992-ci ilin 23 iyulunda doğma kəndində gedən şiddətli döyüşlər zamanı Azərbaycan Ordusunun sıralarında Əfrasiyab Qasımovun 36 yaşında şəhid olaraq yazdığı qəhrəmanlıq, vətənpərvərlik dastanı bugünkü və gələcək nəsillər üçün Vətənə, torpağa olan əsl məhəbbət, sədaqət nümunəsidir. 

Xalqımızın qəlbində daim qürur hissi ilə yaşayacaq qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, onlardan bizə yadigar qalan doğmalarına uzun və xoşbəxt ömür arzu edirik!




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar