Xəbər lenti
Dünən, 13:31
 
17-07-2026, 15:12
 

Rəşad Tağıyev bu dəfə rayon ərazisində yerləşən giləmeyvə bağlarına baxış keçirərək fermerlərlə görüşüb Fotolar

Tarix: 22-07-2026 16:25     Baxış: 525

Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi inkişaf prioritetlərinə uyğun olaraq, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası çərçivəsində Şəmkir rayonunda aqrar sahənin inkişafı, xüsusilə meyvəçilik və giləmeyvəçiliyin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Mubarizciler.az xəbər verir ki, Bu istiqamətdə görülən işlər çərçivəsində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə rayon ərazisində yerləşən giləmeyvə bağlarına baxış keçirərək fermerlərlə görüşüb. Görüş zamanı sahələrdə görülən aqrotexniki işlər, məhsuldarlıq göstəriciləri və mövsüm ərzində əldə olunan nəticələr müzakirə edilib, fermerlərin təklif və müraciətləri dinlənilib.

Qeyd olunub ki, dövlət tərəfindən kənd təsərrüfatına göstərilən davamlı dəstək, müasir texnika və innovativ texnologiyaların tətbiqi aqrar sahənin inkişafına mühüm töhfə verir. Fermerlər də yaradılan əlverişli şəraitdən məmnun olduqlarını bildirərək, dövlət qayğısının təsərrüfatların genişlənməsinə, məhsuldarlığın artmasına və yeni bağların salınmasına əlverişli imkan yaratdığını vurğulayıblar. Rayon rəhbəri meyvəçilik və giləmeyvəçiliyin Şəmkir üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd edərək, müasir becərmə üsullarının tətbiqi, intensiv bağçılığın inkişafı və bu sahənin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edək ki, hazırda Şəmkir rayonunda 5551,8 hektardan meyvə və 398 hektar giləmeyvə bağları mövcuddur.  Cari ilin yanvar–iyun aylarında rayonun mövcud bağlarından ümumilikdə 19 659,7 ton meyvə və 2453,5 ton giləmeyvə məhsulu yığılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə gavalı, alça, gilas və şaftalı bağlarında məhsuldarlıq artıb. Ən yüksək artım isə giləmeyvə istehsalında qeydə alınıb. Belə ki, ötən il 322 hektar giləmeyvə bağlarından 1820,8 ton məhsul əldə olunduğu halda, cari ildə 398,0 hektar sahədən toplanan məhsul artaraq 2453,5 tona çatıb. Bu gün ölkəmizdə, o cümlədən Şəmkir rayonunda dövlət dəstəyi, fermerlərin zəhməti və müasir texnologiyaların tətbiqi sayəsində meyvəçilik və giləmeyvəçilik sahələrində qazanılan uğurlar kənd təsərrüfatının dayanıqlı inkişafının mühüm göstəricisidir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar