Xəbər lenti
2-09-2026, 15:00
 

Yevlax şəhəri, Çənlibel qəsəbəsində genişmiqyaslı iməclik keçirilib Fotolar

Tarix: 21-07-2026 10:16     Baxış: 889

18 İyul 2026-cı il tarixində Yevlax şəhəri, Çənlibel qəsəbəsində yerləşən 20 Yanvar abidə kompleksi və onun ətraf ərazisində Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) tərəfindən genişmiqyaslı təmizlik və abadlıq iməcliyi təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, İməclik çərçivəsində MKTB əməkdaşları tərəfindən böyük məsuliyyətlə mühüm işlər görülüb. 20 Yanvar abidəsi xüsusi təzyiqli su aparatı ilə təmizlənib, abidənin boyası yenilənərək tam səliqəli və nizamlı vəziyyətə gətirilib.

Ərazidəki kolluqlar xüsusi texnika ilə budanıb, quru otlar biçilib və xəzan yarpaqları süpürülərək toplanıb. Yığılan ot, yarpaq və digər tullantılar böyük kisələrə doldurularaq MKTB-nin yük maşınları vasitəsilə ərazidən çıxarılıb. Qəhrəmanlarımızın xatirəsinə ucaldılmış bu müqəddəs məkanın təmizliyi, boyanması və abadlığı üçün havanın istisinə baxmayaraq zəhmət çəkən bütün MKTB işçilərinə və əməyi keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar