Rəşad İsmayılov Şəmkirdə vətəndaşları qəbul edib Fotolar

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Şəmkir şəhərində Şəmkir, Gədəbəy, Daşkəsən, Samux və Göygöl rayonlarından olan sakinləri qəbul edib.
Mubarizciler.az xəbər verir ki, Qəbuldan əvvəl nazir Rəşad İsmayılov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini anıblar.
Vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların qorunması, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.



Xəbəri paylaş







































0772703001 