Xəbər lenti

Azərbaycanın Milli Qəhrəmanı Yunis İsa oğlu Nəcəfovun adını daşıyan Qaqucaq kənd Tam Orta Məktəbinin qonağı olduq - FOTO 0

Tarix: 09-03-2023 00:09     Baxış: 1 255

21.12.2021ci il tarixində yolumuz Goranboy rayonunun Qarqucaq kəndinə düşdü.

Azərbaycanın Milli Qəhrəmanı Yunis İsa oğlu Nəcəfovun adını daşıyan Qaqucaq kənd Tam Orta Məktəbinin qonağı olduq.

2008-ci  ildən müasir standartlara uyğun şəkildə inşa edilib istifadəyə verilən Orta Məktəb haqqında məktəbin direktoru Fəxri Vilayət oğlu Əliyev geniş məlumat verdi.

1-korpuslu,2 mərtəbəli, 18 sinif otağı 260-yerlik olan Tam Orta Məktəbdə hazırda 180-şagird dərs alır. 

 Məktəbin giriş foyesi Ulu Öndər Heydər Əliyevin ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Təhsilinə daim diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın   qayğıları ilə əhatə olunmuş foto-sərgi ilə əhatə olunmuşdur. 

Bununla yanaşı torpaqlarımızın suverenliyi uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızında xatirəsi əbədiləşdirilərək xatirə guşəsi yaradılmışdır. 

Bütün sinif otaqlarına Şəhidlərimizin adı verilərək onların keçdiyi şərəfli döyüş yolu haqqında məlumatlar dərc edilmişdir.

Məktəbdə pandemiya qaydalarına ciddi əməl olunur və lazımı olan ləvazimatlar RTŞ-i tərəfindən göndərilərək daim diqqətdə saxlanılır. 

Məktəbdə kitabxana filialı fəaliyyət göstərir.

Məktəbin direktoru Fəxri Əliyev pedaqoji kollektiv və kənd sakinləri adından onlar üçün yaradılmış şəraitə görə,müasir tipli Təhsil Ocağının inşa edilib istifadəyə verildiyi üçün  ölkə başçısı cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığını ifadə etdi.

Məktəbin direktoru F.Əliyev təhsilimizin yeni uğurlarından danışdı. 

Bu təhsil ocağında dərs alan şagirdlərimizə daim diqqət və qayğı göstərildiyi diqqətimizə çatdırıldı.

2020-21 ci tədris ilində Məktəbi bitirən məzunlardan 9-şagirddən 4-ü ali 5-i isə kollecə daxil olduğu bildirildi. Bununla yanaşı məktəbin iki şagirdi fərqlənmə atestatı ilə bitirmişdir.

Məktəb rəhbərliyinin təşkilatçılığı ilə şagirdlər pedaqoji kollektivlə birlikdə Vətən Müharibəsi Şəhid ailələri,Qazilərinin ailələri ziyarət olunur və görüşlər keçirdilir.

Milli Qəhrəman adını daşıyan Tam Orta Məktəbin kollektivinə tərəfimizdən 8 Noyabr Zəfər Günü "Xarı Bülbül"ün tablosu təqdim olundu.

Bütün pedaqoji kollektivə çətin və şərəfli işlərində uğurlar dilədik.


        Elçin Tağıyev;

İctimai-fəal,Prezidentə-dəstək,TV21.azın Baş Redaktoru.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar