Xəbər lenti

Vüqar Novruzov Qırıqlı kənd sakinlərinin müraciətlərini dinləyib Fotolar

Tarix: 28-02-2026 16:12     Baxış: 1 211

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı, müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. 

Qəbulda öncə, Möhtərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli siyasi strategiyanın, dövlətimizin təhlükəsizliyinin təminatı, sosial-iqtisadi inkişafının daha yaxşılaşdırılması istiqamətlərində görülən işlərin əhali arasında təbliği məqsədilə İcra Başçısı tərəfindən geniş məzmunlu məruzə edilir. Səyyar qəbullar-əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. 

Mubarizciler.az xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Qırıqlı kənd sakinləri ilə səyyar qəbul keçirib.

 Görüşdən əvvəl kənd ərazisində yerləşən Şəhid məzarları ziyarət edilmiş, önünə gül dəstələri düzülərək şəhidlərin xatirəsi dərin ehtiramla yad olunmuşdur. 

Görüşdə RPŞ-nin rəisi, İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və xidmət sahələrinin məsul şəxsləri iştirak ediblər. 

Səyyar görüşdə sakinlərin müraciətləri ilə əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək, həlli nəzarətə götürülüb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar