Xəbər lenti

Martda bayram bayrama qarışacaq - 17 gün evdə olacağıq

Tarix: 28-02-2026 09:34     Baxış: 938

Gələn ay Azərbaycanda 17 gün qeyri-iş günü olacaq.

Mubarizciler.az xəbər verir ki, bu il martda ənənəvi olaraq 2 yox, 3 bayram qeyd olunacaq.

Belə ki, martın 8-i Beynəlxalq Qadınlar Günüdür və Azərbaycanda iş olmayan bayram günü sayılır. Bu tarix bazar gününə düşdüyünə görə, növbəti həftənin ilk iş günü - 9 mart da qeyri-iş günüdür.

Beləliklə, 5 günlük iş həftəsində çalışanlar üçün 3 gün ardıcıl iş olmayacaq.

Həmçinin bu il Novruz və Ramazan bayramı günləri üst-üstə düşür. Martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart tarixləri də qeyri-iş günləri olacaq.

Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşəcəyindən növbəti iş günü istirahət günü hesab olunur.

Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.

Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləridir. 31 mart bayramdan sonra ilk iş günü olacaq. Beləliklə martda şənbə və bazar günləri də daxil olmaqla 17 gün iş olmayacaq



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar