Xəbər lenti
25-07-2026, 19:27
 

Anar Məmmədov Tərtərdə şəhid ailəsini ziyarət edib Fotolar

Tarix: 27-02-2026 16:39     Baxış: 1 169

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Dəmirçilər kəndində Vətən müharibəsi şəhidi Şamil Kamil oğlu İsmayıllının ailəsini ziyarət edib.

Mubarizciler.az xəbər verir ki, görüşdə rayonun baş axundu və şəhidin ailə üzvləri iştirak edib.

Görüş zamanı şəhid Şamil İsmayıllının keçdiyi döyüş yolundan, onun göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs olunub. Bildirilib ki, Şamil kimi oğulların canı və qanı hesabına torpaqlarımız işğaldan azad edilib və bu gün həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanır.

Anar Məmmədov ailənin sosial vəziyyəti, məişət qayğıları və ehtiyacları ilə yaxından maraqlanıb. A.Məmmədov qeyd edib ki, şəhid ailələrinin problemlərinin həlli və onlara mənəvi dəstək olmaq hər bir dövlət rəsmisinin və hər bir vətəndaşın borcudur.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar