Xəbər lenti

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında müşavirə keçirilib FOTOLAR

Tarix: 17-09-2024 00:19     Baxış: 406

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın üzvlərinin iştirakı ilə müşavirə keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidməti məlumat yayıb.

Tədbirdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev, Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova, Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli, Sumqayıt Perinatal Mərkəzinin Neonatal şöbəsinin müdiri Yeganə Ağayeva, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov və İmişli-Sabirabad TƏB Mərkəzinə daxil olan tibb müəssisələrinin heyəti iştirak edib.

Müşavirəni giriş sözü ilə açan TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eyni zamanda antenatal və doğuşayardım xidmətləri üzrə tibb personalının bilik və bacarıqlarının artırılması ilə yanaşı, əhalinin maarifləndirilməsi istiqamətində də ardıcıl işlərin görülməsinin vacibliyini vurğulayıb.     

Daha sonra TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev, qurumun Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova,  Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli, Sumqayıt Perinatal Mərkəzinin Neonatal şöbəsinin müdiri Yeganə Ağayeva 2023-cü ildə baş vermiş ana ölümlərinin təhlillərindən, antenatal xidmətin yaxşılaşdırılması, 2024-cü ilin 8 ay ərzində antenatal və stasionar doğuşayardım xidmətinin təhlili, reproduktiv sağlamlığa dair milli strategiyanın hədəfləri, əsassız keysəriyyə kəsiyi yolu ilə aparılan doğuşlar, 2023-cü ildə baş vermiş təxliyələr, 2024-cü ilin ilk 8 ay ərzində neonatal və pediatrik xidmətin təhlili və digər məsələlər müzakirə edilib.

Tədbirdə iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar