Xəbər lenti
18-11-2024, 12:06
 

Göyüş Nağıyev: "Kirli” siyasi texnologiyalarının təzahürü 0

Tarix: 27-12-2023 15:29     Baxış: 2 681


 Müəyyən sosial-psixoloji nəzəriyyələrə görə, məsuliyyət daşımadan tənqid etmək həvəsi konkret cəmiyyətlərdə qeybət asılılığı və cəzasızlıq sindromu kimi təzahürlərin yayılmasına səbəb olur. Uzun illər ərzində şəxsi, ictimai və siyasi fəaliyyətlərini yalnız digərlərinin “tənqidinə” həsr etmiş müxalifət indi nəinki sadəcə məsuliyyətsiz davranır, o artıq reallıq hissini də itirib. Faciə ondan ibarətdir ki, onlar təkcə öz talelərinə qarşı məsuliyyətsiz davranmırlar, bu hərəkətləri ilə, eyni zamanda, cəmiyyətə, əldə olunan nailiyyətlərə, tarixə və bütövlükdə ölkəmizin gələcəyinə qarşı da məsuliyyətsiz davranmış olurlar.

Təbii olaraq sual yarana bilər: “Necə olur ki, elmdən, mənəviyyatdan və ədalətdən uzaq olan siyasi oyunbazlar özlərinə bu qədər böyük diqqət cəlb etməyi bacarırlar?” Bu maraqlı görünən suala cavab axtararkən biz yenə də “qeybət” amilinin üzərində dayanmalı oluruq. Sosial-psixoloji məfhum olaraq “qeybətin” ətrafında hər zaman intriqa, qalmaqal, ictimai maraq, hiylə və “əlvan” emosiyalar kimi təzahürlər dolaşır. Bütün bu sadalanmış amillər isə manipulyasiya mexanizminin tərkib alətləridir.

Təsadüfi deyil ki, Qərbin mürəkkəb siyasi texnologiyalarının metodoloji bünövrəsində məhz emosional manipulyasiyalar dayanır. Emosional sabitlik və ya emosional durum pozulan zaman fərd və cəmiyyət manipulyasiya üçün tam açıq və müdafiəsiz olur. Qeyd olunan sosial-psixoloji qanunauyğunluğun təzahürünü biz zaman-zaman fərdi münasibətlərdə də müşahidə edə bilirik. Emosional durum pozulanda adekvatlıq itir. Sözügedən hal bütöv cəmiyyət müstəvisində yaşananda isə daha böyük faciələr yaşana bilər.

Bilavasitə siyasi texnologiyaların təbiəti ilə bağlı olan bütün bu mülahizələr seçkilər zamanı xüsusilə aktuallaşır. Məhz elə bu səbəbdən də Qərbin siyasi texnoloqları cəmiyyətin saf və bəzən də hətta sadəlövh emosiyalarından məharətlə istifadə edərək öz kirli manipulyasiyalarını həyata keçirirlər. Elə buna görə də radikalların “kirli” siyasi texnologiyalarının açıq şəkildə ifşa olunmasının artıq zamanıdır.

Seçkiqabağı kampaniyalar kimlərinsə sifarişi ilə məkrli tamaşaların nümayişi meydanına çevrilməməlidir. İnsanların duyğuları hansısa yad qüvvələrin şəxsi ambisiyalarını təmin etmək alətinə çevrilməməlidir. Odur ki, xalqın siyasi iradəsinə təsir edə biləcək bütün manipulyasiya alətləri zamanında ifşa olunmalıdır.

“Kirli” siyasi texnologiyaların işə düşməsinin ən bəsit indikatoru emosional gərginliyinin süni və qəfil şəkildə artmasıdır. Bu mənada sosial şəbəkələr süni gərginliyin artması üçün ən ideal və işlək platformadır. Onu da qeyd edək ki, siyasi texnologiyalar müstəvisində real və virtual həyat arasında sərhədi aradan qaldıran sosial şəbəkələr artıq rahatlıqla kütləvi qırğın silah növləri ilə müqayisə oluna bilər.

Müzakirə etdiyimiz mövzunu inkişaf etdirərək bir həqiqəti etiraf etməliyik ki, qalmaqallı situasiyalarda, şərti olsa da, radikal müxalifətin iqtidarla müqayisədə müəyyən bir üstünlüyü mövcuddur. Hər bir qalmaqal mütləq olaraq şüvən, qeybət, təhqir, böhtan və hətta normativ leksikonundan uzaq olan ritorika ilə müşahidə olunur. Bu səbəbdən də məsuliyyət hissini itirmiş radikallar qalmaqallı situasiyalarda özlərini daha rahat hiss edirlər. Emosional siyasi texnologiyaların təsir mexanizmi məhz qeyd olunan amilə hesablanıb. Əlbəttə ki, mübahisə və ya açıq debatlarda bənzər emosionallığı özünə rəva görməyən iqtidar nümayəndəsi müəyyən çətinlik çəkəcək. Bilməliyik ki, Qərbin siyasi texnoloqları öz strategiyalarında qeyd olunan amili də mütləq nəzərə alırlar.

Belə ki, insanların qeybətə “təbii” meyilliyini nəzərə alan siyasi texnoloqlar hadisələrə sadəcə emosiyalar vasitəsilə rəng qataraq proseslərin gedişatını onlara sərf edən məcrada inkişaf etdirə bilirlər. Emosiyalar, eyni zamanda, əhalinin ictimai şüurunda yanlış sosial stereotiplərin formalaşdırılmasına xidmət edirlər. Daha bir önəmli xüsusiyyət ondan ibarətdir ki, “emosiya” fərdi narazılığı ictimai rəy kimi də təqdim edə bilir. Emosiya üstünlük təşkil edən şüurda rasional düşüncə və məntiq arxa plana keçir, bütün nailiyyətlər unudulur, siyasi davranış isə hirs, acıq və qərəzə tabe olur.

Radikalların “bayraqtutan” hesab olunanlarının bəzi davranışlarını bir anlıq yada salın. Onlardan hansısa biri danışanda əksər hallarda “yarımçıq” yumruq tutur, nitqlərinin 80-90 faizi isə emosionaldır. Nitqin tonallığı yalnız sarkazm və eroniya zamanı aşağı düşür. “Bədən dili” çox ifadəlidir və gizlətmək istədiklərimizi ifşa edir. Siyasətdə isə “bədən dili”, ümumiyyətlə, Morze əlifbası kimidir. Əlbəttə ki, bütün hərəkətlərin həm texnoloji, həm də psixoloji izahları var. Tədricən bu barədə oxucuları tanış edəcəyik. Sosial şəbəkələr vasitəsilə özlərini məşhur komikslərin qəhrəmanları kimi hiss edən saxta “Robinqudlar”ın əsl xislət və niyyətləri mütləq ifşa olunmalıdır. Emosiyalara təslim olmaq olmaz və hər kəs taleyüklü məqamlarda yalnız dövlətin yanında durmalıdır. “Kirli” siyasi texnologiyalarının ifşasına davam...


Göyüş Nağıyev, 

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar