Xəbər lenti

Seymur Orucov səyyar qəbul keçirdi Fotolar

Tarix: 09-07-2025 19:58     Baxış: 2 352

Ağstafa RİH başçısı Seymur Orucov rayonun sərhəd yaşayış məntəqələrindən olan Köhnəqışlaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Köhnəqışlaq kənd tam orta məktəbin binasında təşkil olunan qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

RİH başçısı çıxışında ölkəmizin tərəqqisi naminə Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq tədbirlərindən söz açaraq qeyd edib ki, mütəmadi olaraq yerlərdə keçirilən görüşlərin məqsədi əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.  

Qəbulda vətəndaşların qaldırdıqları məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. İrəli sürülən təklif və müraciətlərə dair müzakirələr aparılıb, hər bir məsələnin həlli tədbiri müəyyən edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar