İcra başçısı əlil Azad Abbasovun ailəsini ziyarət edib Fotolar
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Poladlı kəndində Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Abbasov Azad Abbas oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Mubarizciler.az xəbər verir ki, Görüşdə Şəhid atası Asif Abbasov, Şəhid Nizami Salahovun oğlu Nürəddin Salahov, Birinci Qarabağ müharibəsi əlili İfrayıl Məmmədov, Azərbaycan bayrağı ordenli Vətən müharibəsi iştirakçısı Elnur Salahov və atası Elburus Salahov iştirak ediblər. Abbasov Azad 1969-cu ilin mart ayının 1-də Tərtər rayonunun Poladlı kəndində anadan olub. O, polis əməkdaşı kimi Birinci Qarabağ müharibəsinin ilk vaxtlarından döyüşlərə qatılaraq, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə düşmən tərəfindən atılan mərminin təsiri nəticəsində yaralanmışdır. Azad Abbasov döyüşlərdə aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, “dövlət tərəfindən fərdi evlə təmin edilmişdir”.
Azad Abbasov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş



