Xəbər lenti

İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi Fotolar+Yenilənib

Tarix: 04-07-2025 18:19     Baxış: 1 302

Birinci Qarabağ müharibəsində itkin düşən üç şəhidimizin qalıqları Kəlbəcərə gətirilib.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayev bu gün saat 15:00-da Kəlbəcər şəhər qəbiristanlığında dəfn olunacaqlar.

***

AZƏRTAC-ın xəbərinə görə, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin nəşlərinin qalıqları dəfn olunmaq üçün Kəlbəcər rayonuna gətirilib.

Kəlbəcər şəhərinin Şəhidlər xiyabanında keçirilən vida mərasimində şəhidlərin yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, hər üç şəhid 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Çıraqlı kəndində itkin düşmüşdü.

***

Birinci Qarabağ müharibəsində itkin düşən Yusif Əzizov, Qafar Qarayev və Mehman Musayevin nəşi Kəlbəcər rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. 








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar