Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Qarabağ Universitetində fəaliyyətə başlayacaq Tibb və Sağlamlıq Elmləri fakültəsi ilə bağlı təbliğat görüşü keçirilib Fotolar

Tarix: 11-07-2025 18:37     Baxış: 1 225

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında keçirilən görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Könül Məmmədli, Qarabağ Universitetinin Klinikasının Direktoru, eləcə də Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı Samir Babayev, Tibb və Sağlamlıq fakültəsinin əməkdaşları, GDRTİ-nin əməkdaşları, ümumi təhsil məktəblərinin direktorları, müəllim, valideyn və 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin XI sinfini bitirən məzunlar iştirak ediblər. 

Mubarizciler.az xəbər verir ki, görüşdə çıxış edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Qarabağ Universitetinin yaradılmasının əhəmiyyətindən danışıb. Universitetin regionun intellektual və mədəni mərkəzinə çevrildiyi qeyd edib. Görüş zamanı Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinin nümayəndələri iştirakçılara təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı ətraflı məlumat təqdim ediblər. Təqdimatla çıxış edən nümayəndələr universitetdə tədris olunan proqramlar, fakültələr və mövcud ixtisaslardan bəhs edib, tələbələrə təqdim olunan akademik imkanları diqqətə çatdırıblar. Görüşdə iştirakçılar həmçinin universitetin akademik mühiti, elmi-tədqiqat fəaliyyəti barədə məlumat əldə ediblər.

Qeyd edək ki, Qarabağ Universitetində  2025–2026-cı tədris ilindən etibarən Tibb və Sağlamlıq fakültəsinin fəaliyyətə başlaması nəzərdə tutulub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar