Xəbər lenti

Sabirabadda Polis Günü qeyd edildi

Tarix: 02-07-2025 18:25     Baxış: 917

Sabirabad rayonunda 2 iyul Polis işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib önünə gül-çiçək dəstələri düzərək ona hörmət və ehtiramlarını ifadə ediblər.

Daha sonra vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi Şəhidlər xiyabanında anılıb.

Polis şöbəsinin inzibati binasında davam edən tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və digər iştirakçılar çıxışlar edərək rayon Polis Şöbəsinin şəxsi heyətini bayram münasibətilə təbrik ediblər.

Sabirabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov öz çıxışında Azərbaycan polisinin yaranma tarixindən, keçdiyi inkişaf yolundan söz açaraq polis əməkdaşlarının ölkə ərazisində ictimai-siyasi asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətlərini xüsusi vurğulayıb.

Sonda xidmətində fərqlənən bir qrup polis əməkdaşları Fəxri Fərmanlarla təltif olunublar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar