Xəbər lenti

Daşkəsəndə Şuranın növbəti iclası keçirilib Fotolar

Tarix: 02-07-2025 21:17     Baxış: 392

02.07.2025-ci il tarixində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.

Mubarizciler.az xəbər verir ki, İclasda gündəliyə uyğun olaraq rayonda təhsil sahəsində görülən işlər, mövcud vəziyyət və gələcək hədəflər ətrafında geniş müzakirə aparılıb. Tədbirdə Şura üzvləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov iclası açaraq, təhsilin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, hər bir fikir və təklif qarşıdakı dövrdə daha düzgün və məqsədyönlü qərarların qəbuluna töhfə verəcək. İclasda RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev tərəfindən “Daşkəsən rayonu üzrə Təhsil Sektorunun fəaliyyəti” barədə hazırlanmış arayış təqdim olunub. Məruzədə son dövrlərdə təhsil müəssisələrində aparılan yenidənqurma işləri, müəllim heyətinin peşəkarlığının artırılması, məktəblilərin nailiyyətləri və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Məruzə ətrafında çıxışlar zamanı iştirakçılar öz fikir və təkliflərini bölüşüblər. Müxtəlif baxışların və təcrübələrin səsləndiyi iclasın sonunda Şura tərəfindən müvafiq qərar qəbul edilib. Sonda çıxış edən Orxan Abbasov qarşıya qoyulan hədəflərin vaxtında, səmərəli və yüksək keyfiyyətlə icra olunmasının vacibliyini qeyd edərək, aidiyyəti tapşırıq və tövsiyələrini verib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar