Xəbər lenti

Daşkəsəndə səyyar qəbul keçirildi Fotolar

Tarix: 09-07-2025 20:11     Baxış: 329

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 09.07.2025-ci il tarixdə Çaykənd və Çovdar kəndləri sakinlərinin səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Çovdar kəndində keçirilən səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri, Çaykənd və Çovdar kəndlərinin sakinləri iştirak ediblər.

İcra başçısı Orxan Abbasov giriş nitqində Prezident cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi xüsusi diqqət və qayğını qeyd edib, Daşkəsən rayonunda da infrastrukturun yaxşılaşdırılması istiqamətində atılan addımlar və qarşıda duran vəzifələr barədə sakinləri məlumatlandırıb. Diqqətə çatdırıb ki, vətəndaş məmnunluğu Daşkəsən Rayon İcra Hakimiyyətinin fəaliyyətində prioritet məsələdir və bu kimi səyyar görüşlər əhalinin müraciətlərinin operativ həllinə xidmət göstərir. Səyyar qəbul zamanı vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Hər bir müraciət diqqətlə araşdırılıb, qaldırılan məsələlərin bir qisminin yerində həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib. Digər müraciətlərin isə icrasına dair müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Sonda sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 09.07.2025-ci il tarixdə Çaykənd və Çovdar kəndləri sakinlərinin səyyar qəbulunu keçirib

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 09.07.2025-ci il tarixdə Çaykənd və Çovdar kəndləri sakinlərinin səyyar qəbulunu keçirib




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar