Xəbər lenti

Goranboyda Ağsaqqallar Şurasının hesabat iclası keçirilib Fotolar

Tarix: 03-07-2025 12:06     Baxış: 1 043

Hesabat iclasında, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Respublika Ağsaqqallar Şurasının sədr  müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon Ağsaqqallar  Şurasının  idarə  heyəti, ağsaqqallar, ziyalılar iştirak etdilər. 

Mubarizciler.az xəbər verir ki, tədbir iştirakçıları öncə,  Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidəsini ziyarət  etdilər. Sonra tədbir rayon İcra Hakimiyyətinin inzibati binasının   akt  zalında  davam etdirildi. Tədbirdə  çıxış edən natiqlər, cəmiyyətimizin həssas təbəqəsinin hər bir nümayəndəsi kimi, həyatını ölkəmizin tərəqqisinə həsr edən ağsaqqallarımızın da hər zaman Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatə olunduğunu diqqətə  çatdırdılar. Bildirildi ki,  Ümummilli Lider Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqallara göstərilən diqqət və dövlət qayğısı bariz şəkildə özünü göstərir. Rayon Ağsaqqallar Şurasının hesabat məruzəsi dinlənildi və Şuranın ötən dövr ərzində olan səmərəli fəaliyyəti yüksək qiymətləndirildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar