Xəbər lenti
18-11-2024, 12:06
 

Sabit Səmədov: Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir 0

Tarix: 15-12-2023 22:35     Baxış: 8 750


 Dünyada elə bir qüvvə yoxdur ki, bu gerçəyi dəyişə bilsin. Elə ermənilər və onların havadarları da 30 ildən artıq müddətdə işğal altında saxladıqları müqəddəs torpaqları özəlləşdirə və özününküləşdirə bilmədilər. Əksinə, başqasının malına və mülkünə göz dikməyin acı nəticəsini 44 günlük müharibədə öz gözləri ilə gördülər. El məsəlində deyildiyi kimi, "özgə atına minən tez düşər", yaxud "ömürdən pay versələr də, torpaqdan pay olmaz". Mənfur qonşularımız özgə torpaqlarına ayaq basdıqları üçün peşman oldular, Azərbaycanın mərd oğulları isə canlarını vətənə qurban etsələr də, torpaqdan pay vermədilər. İndi Qarabağ adlı cənnət Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında yenidən abadlaşır. Yağı düşmənin viran qoyduğu şəhər və kəndlərimiz abadlaşır, infrastruktur yenidən qurulur, insanların öz yurd-yuvalarına köçməsi və rahat yaşaması üçün hər bir şərait yaradılır. Bütün bunlar isə Azərbaycanın hərbi və diplomatik sahədəki qələbəsinin iqtisadi sferada da uğurla davam etdirildiyini sübuta yetirir. Hazırda Qarabağın yenidən qurulması üçün həm yerli, həm də xarici investorlar tərəfindən böyük maliyyə sərf edilir. Bütün bunlar isə dövlətin iqtisadi qüdrətinin və ölkəmizin dayanıqlı iqtisadi inkişafının nəticəsi kimi xarakterizə edilə bilər. Çünki dayanıqlı və güvənli iqtisadiyyatı olmayan bir ölkəyə heç bir xarici investor maliyyə xərcləmir. Xülasə, bu gün Azərbaycan dövləti Qarabağa "Böyük Qayıdış" konsepsiyasını uğurla və sürətlə həyata keçirir. Prezident İlham Əliyevin “Böyük Qayıdış”a dair təsdiq etdiyi birinci dövlət proqramında gələcəyə yönəlik siyasi, hərbi, strateji məsələlər öz əksini tapıb. Eyni zamanda 2022-ci ildə Ağalı kəndinə köçürülən keçmiş məcburi köçkünləri “Böyük Qayıdış” prosesinin başlanğıcı hesab etmək mümkündür. Ardınca Laçın və Füzulidə keçmiş məcburi köçkünlərin məskunlaşdırılması prosesin necə sürətlə aparıldığını əyani formada göstərir. Ərazilərin minalardan təmizlənməsi, mühüm infrastruktur layihələrinin icrası, təhlükəsizlik seqmentinin gücləndirilməsi və əhalinin məşğulluq məsələsinin təmin olunması burada vacib əhəmiyyət kəsb edir.

Hələ qədim zamanlarda insanlar mənzil başına rahat çatmaq, ticarət etmək üçün yolların çəkilməsinə xüsusi önəm veriblər. Təbii ki, "yol bir mədəniyyətdir" və ölkəyə gələn istənilən şəxs ilk növbədə yolların təmizliyinə və keyfiyyətinə nəzər yetirərək dövlətin inkişaf perspektivlərini qiymətləndirir. Prezident İlham Əliyev də məhz bu mühüm faktoru nəzərə alaraq Qarabağda ilk olaraq ərazilərin minalardan təmizlənməsi və yüksək keyfiyyətli yolların çəkilməsi istiqamətində öz tövsiyə və tapşırıqlarını verib. Bunun nəticəsidir ki, Tərtər rayonunda Suqovuşana gedən yeni yolun çəkilişi artıq yekunlaşıb. Eyni zamanda Prezidentin tapşırığına əsasən Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonuna qədər yolun çəkilşi ilə bağlı göstəriş verilib. Bundan başqa Füzulidən Şuşaya yeni avtomobil yolunun çəkilişi sürətlə davam edir. Həmçinin, ölkə başçısı işğaldan azad edilən ərazilərdə hava limanlarının tikintisinə də çox böyük önəm verir. Füzuli və Zəngilan hava limanlarının istifadəyə verilməsi bunun bariz nümunəsi kimi dəyərləndirilə bilər. Bundan başqa Kəlbəcər və Laçında da beynəlxalq hava limanlarının tikintisi planlaşdırılır. 

Ümumi uzunluğu 45 kilometr olan Bərdə–Ağdam dəmir yolu xəttinin tikintisi isə bölgədə infrastrukturun ən yüksək səviyyədə qurulduğunu sübuta yetirir. Bütün bunlarla yanaşı dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən biri də azad edilmiş torpaqların “yaşıl enerji” zonasına çevrilməsidir. Qarabağ bölgəsində enerjinin ekoloji baxımdan təmiz əldə edilməsi üçün münbit imkanlar var. Bu ərazilərdə həm külək, həm də günəş enerjiləri üçün potensial böyükdür. O cümlədən azad olunan ərazilərdəki çaylar ucuz və ekoloji baxımdan təmiz olan su elektrik stansiyalarının da yaradılması üçün əlverişlidir. Azərbaycanın Qarabağ bölgəsi həm də zəngin yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Belə ki, bölgədə əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və digər çox yayılan faydalı qazıntılar mövcuddur. Ancaq Ermənistan bu potensialdan heç bir zaman tam faydalana bilməyib. Düzdür, Kəlbəcərdə, Zəngilanda  və başqa ərazilərimizdə kustar üsullarla və ətraf mühitə ziyan vurmaqla faydalı qazıntılarımız talanıb və buna görə İrəvan mütləq cavab verəcək. Bütövlükdə isə Qarabağ bölgəsi təbii ehtiyatlarla zəngindir və onların hasilatı Azərbaycanın iqtisadi inkişafına böyük töhfə verəcək. Bütün bu potensialdan istifadə edən Azərbaycan dövləti isə yalnız və yalnız Qarabağa köçürüləcək keçmiş məcburi köçkünlərin rifahının yaxşılaşdırılmasına çalışacaq.

Göründüyü kimi, həyata keçirilən genişmiqyaslı işlər məcburi köçkünlərin torpaq həsrətinə tez bir zamanda son qoyulacağını deməyə əsas verir. İşğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın sürətlə həyata keçməsi üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün lazımi addımlar atılır. Böyük qələbə və onun ardınca işğaldan azad olunan ərazilərdə bərpa işlərinə start verilməsi Azərbaycan dövlətinin sülh və inkişafda nə dərəcədə maraqlı olduğunu bütün dünyaya nümayiş etdirməklə yanaşı, doğma torpağına qovuşacağı günü həsrətlə gözləyən hər bir azərbaycanlını ən ülvi arzusuna bir az da yaxınlaşdırır.


Sabit Səmədov

İmişli rayon Dövlət Aqrar İnkşaf Mərkəzinin direktoru.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar