Xəbər lenti

Mədəniyyət naziri Tərtərdə vətəndaşların müraciətlərini dinləyib - Fotolar 0

Tarix: 04-11-2023 00:13     Baxış: 6 076

Mədəniyyət naziri Adil Kərimli noyabrın 3-də Tərtər şəhərində qəbul keçirib.

Mubarizciler.az xəbər verir ki, Tərtər rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər.

Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, şəhidin adının əbədiləşdirilməsi, Qarabağ bölgəsində rəqs və xalçaçılıq sənətlərinin inkişafı və digər məsələlərlə bağlı olub.

Nazir vətəndaşları ayrı-ayrılıqda dinləyib, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri və qazilərin qaldırdıqları məsələlərə daha həssaslıqla yanaşılması, obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.













Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Bölgə
Fotosesiya
Çox oxunanlar