Xəbər lenti
22-09-2024, 20:46
 
22-09-2024, 20:43
 

Ürfət Həsənov: Ermənilərin Araz çayından şimala, xüsusilə də Qərbi Azərbaycan ərazilərinə köçürülməsi 1828-ci ildən başlayaraq 160 il ərzində davam etdirilib 0

Tarix: 23-08-2023 00:27     Baxış: 2 716

Ermənilərin Araz çayından şimala, xüsusilə də Qərbi Azərbaycan ərazilərinə köçürülməsi 1828-ci ildən başlayaraq 160 il ərzində davam etdirilib.

 Tarixi torpaqlarımız olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərində də rus qəsbkarlarının əli ilə erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi gedən kütləvi qırğınlar törədildi. 1918-ci ilin may ayında öz azadlığına qovuşmuş Cənubi Qafqazın türk-müsəlman əhalisi və yeni yaranmış Azərbaycan hökuməti mübahisəli sərhəd məsələlərini siyasi yolla həll etməyə çalışırdı. Azərbaycan hökuməti 1918-ci ilin may ayında keçirilmiş Batum konfransının nəticəsi kimi üç yeni yaranmış respublikalar arasında müqavilə imzalandı. 1918-ci il may ayının 29-da tarixən Azərbaycanın ərazisi olmuş İrəvan şəhəri paytaxt olmaqla, 10 min kvadratkilometr ərazi yeni yaradılan Ararat (Ermənistan) Respublikasının ərazisi kimi müəyyənləşdirildi. Lakin Azərbaycan tərəfindən irəli atılan bu “xeyirxah addım” erməniləri daha da şirnikləndirdi. Onlar “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün əlverişli məqam olduğunu sanaraq Azərbaycana qarşı daha geniş ərazi iddiaları irəli sürdülər. Tarixən Azərbaycan torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur ərazilərinə iddia edən erməni daşnakları, eyni zamanda bu torpaqlarda etnik təmizləmə siyasətini həyata keçirməyə başladılar. Zəngəzur, Naxçıvan və Qarabağda yaşayan dinc əhali Andronik, Dro, Ncjdenin quldur dəstələri tərəfindən məqsədyönlü soyqırımına məruz qalmışlar. 1918-1920-ci illərdə yeni yaradılmış Ararat Respublikası ərazisində etnik təmizləmə nəticəsində 575 min türk-müsəlman yaşamışdırsa, 1922-ci ildə onların sayı azalaraq 10 min nəfərə enmişdir. 1948-1953-cü illərdə isə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün daha bir qanlı səhifəsidir. Və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb.

 Hərdən düşünürəm, milli faciələrimizin, torpaqlarımızın hissə-hissə bölünüb qonşularımıza hədiyyə edilməsinin səbəbini, başlanıldığı zamanı dəqiqləşdirməyə çalışıram. Bizi bu etnik təmizləməyə gətirən yolun başlanğıcı XIX əsrin əvvəllərinə gedib çıxır. Yorğun düşüncələrimdən bir haray qopur: Gülüstan, Türkmənçay müqavilələri ilə yarımcan edilən Azərbaycan! Qulaqlarıma İrəvandan Göyçəyə, Ərzurumdan Dərbəndə ulularımızın səsi gəlir. İllərlə düşmən tapdağında olanda, dağıdılan, xarabaya çevrilən torpaqlarımızın naləsi eşidilir. Bir zamanlar yurdsuz-yuvasız, dünyanı sərgərdan dolaşan ermənilərə sığınacaq verməyimizdən və onların nankorluğundan qeyzə gəlirəm. Xalqımızı doğma yurd-yuvasından qovan, soyqırımına düçar edən və dünyaya özlərini “zavallı”, “günahsız” millət kimi göstərməyə çalışan, iblis simalı ermənilərin bəşəriyyəti aldadan “genosid” harayından damarda qanım donur. Qəlbimdə soyqırıma düçar olan soydaşlarımızın – şəhidlərimizin sümüklərinin göynərtisini duyduğum anda iki il əvvəl qazandığımız qələbəni, Şuşada, Kəlbəcərdə, Laçında dalğalanan üçrəngli ay-ulduzlu bayrağımızı, Zəngilanda Şuşada bayram tonqalı qalayan sakinlərimizi, Ağalı kənd tam orta məktəbində gülüş səsləri gələn məktəbliləri, illər sonra yurduna qayıdıb şəhid övladının məzarı başında qürurla dayanan azərbaycanlı anasını, Zəngilan rayonunun Ağalı kəndində dünyaya gələn körpəni, azad olmuş torpaqlara qayıdan, ermənilərin xarabaya çevirdiyi kəndləri gülüstana çevirən insanları düşünürəm.
 Və deyirəm ki, bir ölkənin ki dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndəri, cənab İlham Əliyev kimi ata vəsiyyətini yerinə yetirən Ali Baş Komandanı var o ölkə, o xalq həmişə qalib olacaq. Və vaxtilə bacarıqsız rəhbərlərin ucbatından itirilən yurdların hər qarışı geri dönəcək, tarix öz sözünü deyəcək, bizim olan bizə qayıdacaq. Biz buna inanırıq.    Ulu Öndərin illər öncəki çıxışlarından birində dediyi kimi: “Mən inanıran, mən tam inanıram ki, hər şey ədalət naminə dəyişəcək bütün bölgədə. Mütləq, mütləq siz gələcəkdə hələ gedib öz gözəl Göyçə torpağınızı da görəcəksiniz. Öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”.

Ürfət Həsənov

Goranboy Sukanal İdarəsinin rəisi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar