Mahiyəddin Mazanov: Laçına ilk qayıdış – Yeni reallığın təzahürüdür 0
Laçına ilk qayıdış – Yeni reallığın təzahürüdür
Laçın rayonu Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı, qərbdən isə indiki Ermənistanla həmsərhəddir. Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb.1992-ci il mayın 18-də ermənilər tərəfindən işğal edilən rayonun 63 min 341 Azərbaycan vətəndaşı 28 il məcburi köçkün statusu daşıdı. İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan rayon və onun 121 kəndi darmadağın edilib.
Laçın rayonunun iqtisadiyyatının əsasını vaxtilə heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq və bostançılıq təşkil edib. Eyni zamanda, rayonda 1992-ci ilə qədər yağ-pendir, konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, ağac emalı sənayesi, Sumqayıt alüminium və maşınqayırma zavodlarının filialları, iki ədəd asfalt zavodu, yüngül sənaye və yerli sənaye kombinatları, beton zavod, yun və gön-dəri qəbulu müəssisəsi, 23 tikinti idarəsi, mərmər, əhəng, pemoksol və toxuculuq sexləri, avtonəqliyyat müəssisəsi,ticarət, ictimai iaşə, rabitə, iki ədəd daş karxanası və digər müəssisələr fəaliyyət göstərirdi.
Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq”.
Bu gün isə çiçəklənən Laçının üçüncü ili qürurla qeyd edilir. 28 may – Müstəqillik Günündə Prezident İlham Əliyev Laçın şəhərinə səfər etdi və Laçın ictimaiyyəti ilə görüşdü. Hər səfərində vəziyyətlə tanış olan ölkə başçısı Laçında da böyük qayıdışa hədəflənən təməlləri atdı. Görüşdə ölkə başçısı bir daha tarixi anlara ekskurs edərək Zəfərimizi şərtləndirən amilləri xatırlatdı. Böyük Qayıdış prosesinin Laçından başlanması təsadüfi deyil. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Bu bölgədə sakinlərin qayıdışına başlaması və yerləşdirilməsi strateji əhəmiyyətə malikdir.
Cənab Prezident İlham Əliyev öz çıxışında bir daha vurğulamışdır ki , İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. İkinci Qarabağ müharibəsindən keçən dövr də gələcək üçün çox önəmli idi. Çünki müharibə başa çatanda, demək olar ki, bu məsələ ilə vaxtilə məşğul olmuş vasitəçilər heç özləri də bilmirdilər ki, bundan sonra onlar nə ilə məşğul olacaqlar. Ermənistan tamamilə aciz vəziyyətdə idi, o, acı məğlubiyyətin ağrılarını, yaralarını hələ də sağalda bilmir. Onlara böyük psixoloji zədə, travma vuruldu, bu, təbiidir. Ona görə Azərbaycan burada yenə də liderlik göstərdi. Yəni, bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Biz demişik ki, ATƏT-in Minsk qrupunun xidmətlərinə, - əslində, bu, ayı xidməti idi, - ehtiyac yoxdur. Biz dedik ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq. Biz 23 aprel tarixində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoyaraq məsələni birdəfəlik həll etdik, ərazi bütövlüyü məsələlərini birdəfəlik həll etdik. Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.
Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Laçın ən qısa zamanda ölkəmizin işğaldan öncəki illərdəkindən də inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Təkcə Laçın deyil, bütün işğaldan azad edilən bölgələrimiz cənnətməkana çevriləcək.
Mahiyəddin Mazanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.
Xəbəri paylaş