Xəbər lenti

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib Fotolar

Tarix: 26-02-2026 16:15     Baxış: 651

26 fevral 1992-ci ildə Xocalı şəhərində törədilən və Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri kimi yaddaşlara həkk olunan faciənin 34-cü ildönümü ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası-da anım tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan xəstəxananın direktoru Ülfət Qurbanov Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını vurğulayıb. O bildirib ki, insan həyatına qarşı törədilmiş bu ağır cinayət heç vaxt unudulmur və unudulmayacaq. Direktor qeyd edib ki, səhiyyə işçiləri olaraq insan həyatının qorunması onların əsas missiyasıdır və şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərilməsi hər zaman prioritetdir. Direktorun çıxışından sonra tədbirdə iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elşən Əliyev də söz alıb. O, Xocalı faciəsinin xalqımızın tarixində unudulmaz yer tutduğunu qeyd edib, milli həmrəylik və dövlətçiliyin gücləndirilməsinin vacibliyini vurğulayıb, şəhid ailələrinə və qazilərə göstərilən dövlət dəstəyindən danışıb. Çıxış edən inzibati işlər üzrə direktor müavini Fuad Məmmədov Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb, milli birliyin və həmrəyliyin əhəmiyyətini xüsusi vurğulayıb. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Allahverdi Alıyev isə çıxışında Xocalı faciəsini insanlıq əleyhinə törədilmiş ağır cinayət kimi qiymətləndirib, şəhid ailələrinə göstərilən sosial dəstək tədbirlərindən söz açıb. O, həmçinin həmin faciəli gecənin unudulmaz xatirələrindən danışıb. 

Tədbirin sonunda şəhidlərin xatirəsinə ehtiram ifadə olunub, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağı bildirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar