Xəbər lenti
21-10-2025, 14:40
 

Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir

Tarix: 17-04-2025 10:09     Baxış: 714

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” adlı I İslam Dünyası Mədəni Forumu keçirilir.

Mubarizciler.az ın məlumatına görə, forumun açılışında beynəlxalq ekspertlər, eləcə də mədəni irsin qorunması sahəsində çalışan mütəxəssislər iştirak edirlər.

Forumun əsas məqsədi postmünaqişə dövründə bölgələrdə dağıdılmış və təhlükə altında olan mədəni irsin qorunması, yenidən bərpası və bu sahədə İslam dünyası ölkələri arasında əməkdaşlığın gücləndirilməsidir.

Forum çərçivəsində “Beynəlxalq qoruma mexanizmlərinin təcrübədə tətbiqi: Postmünaqişədən sonra İslam Dünyasında mədəni irsin nümunələri” mövzusunda müzakirələr aparılacaq. Panel zamanı iştirakçılar müxtəlif ölkələrdən olan uğurlu bərpa layihələri, hüquqi və institusional yanaşmalar barədə təqdimatlar edəcəklər.

Növbəti panel isə “Mədəni irsin canlandırılması: Texnologiya, innovasiya və rəqəmsallaşma” mövzusuna həsr olunacaq. Burada müasir texnologiyaların irsin sənədləşdirilməsi və qorunmasında oynadığı rol, o cümlədən süni intellekt və 3D modelləşdirmə texnologiyalarının tətbiqi imkanları müzakirə ediləcək.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar