Xəbər lenti
30-11-2024, 18:35
 
24-11-2024, 19:50
 

İşçilər əməyin mühafizəsi üçün xərc çəkməyəcəklər - YENİLİK

Tarix: 23-01-2023 11:25     Baxış: 943


Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilərin heç bir xərc çəkməmələri təklif edilir.

Mubarizciler.az-ın məlumatına əsasən, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb.


Layihədə bildirilir ki, “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə əsasən əməyin təhlükəsizliyi və gigiyenası üzrə tədbirlər işçilər üçün hər hansı bir xərci özündə ehtiva etmir.

Qeyd olunur ki, Konvensiyanın 21-ci maddəsinin bütövlüklə tətbiqi milli qanunvericiliklə tam təmin edilmədiyindən Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranıb.

Yuxarıda qeyd olunanların tənzimlənməsi məqsədi ilə hazırlanmış qanun layihəsi Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni 6-cı hissənin əlavə edilməsini nəzərdə tutur.

Layihə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar