Xəbər lenti
18-11-2024, 12:06
 
12-11-2024, 14:51
 

Azərbaycan bir neçə il əvvəl özünün enerji təhlükəsizliyini təmin etməklə bərabər enerji məhsullarının vacib istehsalçısı və ixracatçısına çevirilmişdir

Tarix: 22-01-2023 22:32     Baxış: 841

Azərbaycan bir neçə il əvvəl özünün enerji təhlükəsizliyini təmin etməklə bərabər enerji məhsullarının vacib istehsalçısı və ixracatçısına çevirilmişdir.

Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir.Azərbaycanın strateji əlaqələrə malik olduğu ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin daha yüksək səviyyəyə qalxmasına xüsusi önəm verir. Yanvarın 16-da Prezident İlham Əliyevin BƏƏ-yə səfəri əlaqələrin yüksək inkişaf dinamikasına sahib olmasının göstəricisidir.

Azərbaycan bir neçə il əvvəl özünün enerji təhlükəsizliyini təmin etməklə bərabər enerji məhsullarının vacib istehsalçısı və ixracatçısına çevirilmişdir. İki il əvvəl 3500 kilometr uzunluğa malik Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycanın enerji ixracatı sahəsində iştirak etdiyi meqa enerji layihələrindən biridir.

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalayıb. Yaşıl enerjinin də bu ixrac marşrutu ilə nəql edilməsində gələcək perspektivlər var. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq bütün sahələrdə ən yüksək səviyyədədir. İki ölkənin dövlət qurumları arasında 30-a yaxın sənəd imzalanıb. Beynəlxalq platformalarda da hər iki dövlət bir-birinə hər zaman yüksək dəstək nümayiş etdirib. Eyni zamanda xüsusilə vurğulamaq lazımdır ki, Birləşmiş Ərəb Əmirlikləri hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Möhtərəm Prezident cənab  İlham Əliyev tədbirdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev tədbirdə çıxış edərək qeyd edib: "Mən çox böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini və xalqını təbrik etmək istəyirəm. Cənab Prezident, Sizin rəhbərliyinizlə Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrilib. Biz - Sizin Azərbaycandakı qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik".

2021-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın 10 ildə ölkəmizin sosial-iqtisadi inkişafına dair 5 milli prioriteti əsas götürüb: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Azərbaycan Respublikasının dayanıqlı inkişaf sahəsində yüksək nəticələri BMT-nin illik Dayanıqlı İnkişaf Hesabatlarında mütəmadi olaraq öz əksini tapır. Ölkəmiz Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğu zamandan bəri Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində görülmüş işlərlə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat (KMH) təqdim etmiş dünyada ilk 10 ölkədən biri, regionda isə ilk ölkədir. 

Azərbaycan enerji təhlükəsizliyi baxımından Birləşmiş Ərəb Əmirlikləri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır. Çünki Azərbaycan özünün enerji təhlükəsizliyini təmin edib. Ona görə də, Azərbaycan öz enerji tələbatını təmin etməklə yanaşı neft, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.

Regionda beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək və ölkələrimizin sosial-iqtisadi yüksəlişinə təkan verəcək.

Elçin Tağıyev,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar