Xəbər lenti

Gəncədə Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə görüş keçirilib Fotolar

Tarix: 25-02-2026 10:48     Baxış: 595

Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə görüşlər davam etdirilir.

Mubarizciler.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Elmin Məmmədtağıyevin rəhbərliyi ilə Gəncə şəhəri üzrə təhsil sektorunun müdiri Nərgiz Həsənovanın, idarə əməkdaşlarının və Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə görüş keçirilmişdir.

Görüşün əsas məqsədi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edilmiş keyfiyyət fəaliyyət planının icra vəziyyəti, təhsil müəssisələrində tədrisin keyfiyyətinin monitorinqi və ümumi təhsil müəssisələrinin qarşıya qoyulan strateji hədəflər üzrə fəaliyyətinin təkmilləşdirilməsidir. Görüş zamanı tədris prosesində müasir metodların tətbiqi, fənn müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin fərdi bacarıqlarının inkişaf etdirilməsi və motivasiyanın yüksəldilməsi və innovativ texnologiyaların tətbiqi, təhsil keyfiyyətinin qiymətləndirilməsi üzrə görüləcək tədbirlər barədə tapşırıqlar verilib. Görüş müddətində həmçinin KSQ-lərin 2025–2026-cı tədris ili üzrə məktəb səviyyəsində təhlili, IV sinif BSQ nəticələri ilə mərkəzləşdirilmiş diaqnostik nəticələrin təhlili, IV sinif şagirdləri üçün əlavə məşğələlərin nəticəyönümlü təşkili, fərdi yanaşmanın tətbiqi, onlayn keçiriləcək VI sinif monitorinqi, qabaqcıl müəllimlərin həmkar dəstəyi mexanizmi və məktəblərarası təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə ustad dərslərinin təşkili, məktəblərarası təcrübə mübadiləsinin təşkili, dərsdinləmə prosesinə sistemli nəzarət, buraxılış imtahanı ilə bağlı psixoloji dəstək və maarifləndirmə məsələləri müzakirə edilib. Görüşün sonunda iştirakçılar, təhsil müəssisələrində innovativ yanaşmaların tətbiqini sürətləndirmək və şagirdlərin fərdi bacarıqlarının inkişafını təmin etmək üçün qarşıda duran prioritetləri müzakirə ediblər. Qeyd edək ki, mövzu ilə bağlı digər yerli təhsil sektorları tərəfindən ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə görüşlərin keçiriləcəyi nəzərdə tutulub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bölgə
Fotosesiya
Çox oxunanlar