Xəbər lenti
15-09-2026, 17:52
 

İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verilib

Tarix: 22-01-2023 17:27     Baxış: 1 046


Bazar günü İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verilib.

O, Türkiyə şəhərini onun Avropa hissəsindəki beynəlxalq hava limanı ilə birləşdirir.


Yerli hakimiyyət orqanlarının məlumatına görə, qatarlar yeni xətt üzrə 90-120 km/saat sürətlə hərəkət edəcək.

Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu bildirib ki, 34 kilometrlik xəttin çəkildiyi Kağıthane stansiyasından İstanbul hava limanına gediş müddəti təxminən 24 dəqiqə çəkəcək. Onun sözlərinə görə, yeni stansiyaların ona qoşulması ilə xəttin ümumi uzunluğu 69 km olacaq.

“Biz ilin sonuna qədər İstanbulun bütün Avropa hissəsini əhatə edəcək nəhəng metro sistemi yaradırıq”, - o, TRT telekanalına deyib.

Nəqliyyat Nazirliyi rəhbərinin sözlərinə görə, gələcəkdə yeni metro xətti yüksək sürətli dəmir yolu xətti ilə birləşdiriləcək.

“İstanbul hava limanı Ankaradan gələn sürət qatarının dayanacağına çevriləcək. Layihə tender mərhələsindədir, bir il ərzində bu xəttin çəkilməsi ilə bağlı işlərə başlamaq planlaşdırılır”, - nazir bildirib.

Mənbə: TRT



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar