Xəbər lenti
18-11-2024, 12:06
 

Planetin ən qoca insanı 115 yaşlı ispan qadın oldu - FOTO

Tarix: 22-01-2023 00:58     Baxış: 1 148

Planetin ən qoca insanı 115 yaşlı ispan qadın oldu: “Narahatlıq, peşmanlıq və toksik insanlardan uzağam”


Yer üzündə yaşayan ən qoca insan olaraq İspaniyadan 115 yaşlı qadın qeydə alınıb.

Bu barədə Ginnesin Rekordlar Kitabında bildirilib.


Mariya Branyas Morera adlı qadın Kataloniyada yaşayır, onun demək olar ki, 116 yaşı var - 115 yaş 323 gün.

Ondan əvvəl ən yaşlı insan olan fransalı rahibə Lyusil Randonun ölümündən sonra Morera dünyanın ən yaşlı insanı və ən yaşlı qadını olub. Andre bacı (Lyusil Randon bu adı daşıyırdı) yanvarın 17-də vəfat edib, onun 118 yaşı var idi.

Rekordlar Kitabının məlumatına görə, anadangəlmə amerikalı olan Mariya Branyas Morera 4 mart 1907-ci ildə San-Fransiskoda anadan olub. Mariyanın 8 yaşı olanda ailəsi İspaniyaya köçüb.

Son 22 ildir ki, qadın Santa-Mariya-del-Tura qocalar evində yaşayır. O, sağlamdır və şüuru yerindədir.

Morera uzunömürlülüyünün sirrini də açıqlayıb. O bildirib ki, buna səbəb nizam-intizam, sakitlik, ailə və dostlarla əlaqələrin qorunub saxlanılması, həmçinin təbiətlə təmasda olmaq, emosional sabitlik, narahatlıq və peşmanlıqların olmamasıdır. Bundan əlavə, o, həyatına çoxlu pozitivlik qatdığını və həmçinin toksik insanlardan da uzaq durduğunu vurğulayıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar