Xəbər lenti

Gəncədə təhsil işçiləri ilə görüş keçirilib - Fotolar

Tarix: 28-12-2024 17:49     Baxış: 518

Gəncə şəhəri üzrə ümumtəhsil məktəblərinin IV sinif şagirdlərinin  qiymətləndirmə nəticələrinin təhlili mövzusunda görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Gəncə şəhəri üzrə təhsil sektorunun əməkdaşları, ümumi təhsil məktəblərinin direktorları, təlim - tərbiyə işləri üzrə direktor müavinləri, 2023-2024 və 2024-2025-ci tədris ilində IV sinifdə tədris aparan ibtidai sinif müəllimləri iştirak ediblər. 

Görüşdə IV siniflərin monitorinqi üzrə son 3 ilin dinamikası, 2023-2024-cü tədris ilində keçirilən monitorinqin nəticələri, aşağı və yüksək nəticə göstərmiş təhsil müəssisələri barədə məlumat verilib. 

Qeyd edək ki, IV siniflərdə monitorinqlərin keçirilməsində əsas məqsəd ibtidai təhsilin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını, eləcə də problemləri və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar