"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi İsmayıllı rayonunda " Böyük görüş" adlı tədbir keçirib - FOTO
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi İsmayıllı rayonunda " Böyük görüş" adlı tədbir keçirib.
Görüşün əsas məqsəd İsmayıllı rayonunda dəfn olunan,
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğulların xatirəsini yad etmək, onların bizə əmanətləri olan ailələrini ziyarət etmək idi.
Tədbirdə İsmayıllı rayon İcra hakimiyyətinin nümayəndələri Nəsimi Teymurov, Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə iş şöbəsinin baş məsləhətçisi Əfqan Səlimov , "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən Qəyyumlu və idarə heyəti, şəhid ailələri, qazilər , veteranlar, rayon ziyalıları iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Birlik sədri Yasəmən Qəyyumlu tədbir iştirakçılarını salamlayaraq, bu görüşün baş tutması üçün rayon rəhbərliyinə və əməyi olan hər kəsə öz təşəkkürünü bildirib. Bundan əlavə çıxış edən tədbir iştirakçıları Nəsimi Teymurov, Birliyin İsmayıllı rayon üzrə nümayəndəlik sədri Kifayət Cəfərova, nümayəndəlik üzrə sədr müavini Günay Beybutova, şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin əmri ilə
torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan igidlərimizin mənfur düşmən üzərində böyük uğurundan, tarixə düşən unudulmaz qələbədən danışıblar.
Tədbirdə Kifayət Cəfərova və Günay Beybutovaya nümayəndəliyi təmsil edən vəsiqələr verilib.
Bütün şəhid ailələrinə Birlik adından qələbəmizi əks etdirən "Zəfər Diplomu" təqdim olunub.
Görüşdən razı qalan tədbir iştirakçıları Birliyin sədri Yasəmən Qəyyumluya və əməyi keçən hər kəsə təşəkkür bildiriblər. Tədbirin sonunda xatirə fotosu çəkilib.
Fərid Səfərov
Birliyin mətbuat katibi
Xəbəri paylaş