Xəbər lenti
4-06-2026, 15:45
 

Daşkəsəndə sahibkarlarla görüş keçirilib FOTOLAR

Tarix: 14-09-2024 23:01     Baxış: 1 316

Sentyabrın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsi əməkdaşlarının rayon ərazisində ictimai iaşə xidməti və ət satışı ilə məşğul olan sahibkarlarla görüşü keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tədbir rayonda iaşə xidməti, ət satışı sahəsindəki vəziyyəti nəzərdən keçirmək, sahibkarları mövcud qanunvericilik və tələblər barədə bir daha məlumatlandırmaq, xidmətlərin beynəlxalq tələblərə uyğun təşkilinə metodik kömək göstərmək, həmçinin müraciətləri dinləmək məqsədi daşıyıb.

Daşkəsənin turizm zonası olması, çoxsaylı qonaqların rayonda istirahətə gəlməsi xüsusi vurğulanaraq, ət satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, iaşə xidmətinin səviyyəsinin mövcud standartlara uyğun yüksəldilməsi, istehlakçıların hüquqlarının qorunması kimi məsələlər diqqət mərkəzində olub. Habelə ictimai iaşə müəssisələrində qida məhsullarının hazırlanması və çatdırılması, məhsulların təhlükəsiz və keyfiyyətli şəkildə istehlakçılara təqdim olunması üçün əməl edilməli zəruri qaydalar haqqında ətraflı məlumat verilib. 

Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib və maarifləndirici materiallar paylanıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar