Xəbər lenti

Goranboyda "Heydər Əliyev İli"nə həsr olunmuş Sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirildi - FOTO

Tarix: 21-01-2023 15:37     Baxış: 2 106

Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  "Heydər Əliyev İli"nə həsr olunmuş Sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirildi.

21 yanvar 2023-cü il tarixdə Goranboy rayon Gənclər və İdman İdarəsinin iş planına uyğun olaraq Olimpiya İdman Kompleksində "Heydər Əliyev İli"nə həsr olunmuş 2008-2010, 2011-2012 il təvəllüdlü idmançılar arasında Sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirildi.

 Dövlət himni səsləndirildi, Ümummilli liderin və torpaqlarımızın uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi. Yarışlara start verildi.

 Gərgin keçən idman mübarizəsinin sonunda hər çəki dərəcəsi üzrə I, II, III yerləri tutmuş idmançılar Goranboy rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomlarla mükafatlandırıldılar.

Elçin Tağıyev

Mubarizciler.az



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar